logo
"Rəngli Bahar" rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

"Rəngli Bahar" rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

"Rəngli Bahar" rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı "Rəngli Bahar" rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

Türkel Qrupun təşkilatçılığı ilə keçirilən “Rəngli Bahar” adlı rəsm müsabiqəsinin mükafatlandırma mərasimi 6 aprel tarixində Dəstəkçi İcma Mərkəzində baş tutub.

Tədbiri açıq elan edən Türkel Qrupun yaradıcısı və sədri Aysu Türkel qonaqları salamlayaraq iştirakçılara uğurlar arzulayıb. Daha sonra söz Dəstəkçi İcma Mərkəzinin rəhbəri Etibar Xıdırova verilib. O, müsabiqənin əhəmiyyətindən bəhs edərək qalibləri təbrik edib.

Müsabiqənin nəticələrinə əsasən, Qasımova Gülbəniz birinci yerə, Kazımova Aytac ikinci yerə, Quluzadə Ülkər isə üçüncü yerə layiq görülüblər. Bundan əlavə, Əhmədli Uğur, Qəndilova Rəna, Məmmədova Fərəxxanım, Məlahət Quliyeva, Əlizadə Amil, Mirzəzadə Aylin və Cabbarlı Əli fərqlənən iştirakçılar kimi qiymətləndirilib.

Qeyd edək ki, müsabiqənin münsiflər heyətində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu Təhminə Qarayeva və akademiyanın nəzdində fəaliyyət göstərən İncəsənət Kollecinin məzunu Turanə Fəramərzli yer alıblar.

Bütün qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Ayan Sədi

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media