https://innews.media/uploads/news/2025-04/_innews_7336507a5d9bcc0f3232103d8_o.jpg
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında inklüziv məkanın yaradılması sahəsində işlər davam edir. Bunula əlaqədar, l qrup əlliliyi olan rəssam, kitabxananın fəal oxucusu Ülkər Şərifovanın ikinci fərdi rəsm sərgisi açıldı.
Sərgidə rəssamın kətan üzərində akril və pambıq saplarla qədim Şəki sənəti olan (XVl-XVlll əsrlər) hovlu üsulu ilə işlənilən əsərləri nümayiş olunur: “Xurşidbanu Natavan”, “Nizami Gəncəvi” “Fərhad və Şirin”, “Şuşaya qaydış”. Qeyd etmək lazımdır ki, Ülkər Şərifovanın əsərləri əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində də nümayiş olunub.
Rəssam Ülkər Şərifovanın fərdi rəsm sərgisi kitabxanada bir ay davam edəcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin