logo
Gülay “İstərsən” adlı növbəti sevgi əsərini təqdim edib - VİDEO

Gülay “İstərsən” adlı növbəti sevgi əsərini təqdim edib - VİDEO

Gülay “İstərsən” adlı növbəti sevgi əsərini təqdim edib - VİDEO Gülay “İstərsən” adlı növbəti sevgi əsərini təqdim edib - VİDEO

Sevgi balladalarının əvəzsiz ifaçısı Gülay “İstərsən” adlı növbəti sevgi əsərini təqdim edib.

Müğənni Gülay musiqisi Tərlan Məmmədhüseynova, sözləri Rafael Şabanova aid “İstərsən” adlı mahnını zövqlü ekran işi ilə tamaşaçıların ixtiyarına verib.

Yeni bəstə dərin hisslər və incə duyğularla zəngin melodiyası ilə dinləyicilərin qəlbinə toxunur. Mahnıya rejissor Emin Muradovun rəhbərliyi ilə ekran həyatı verilib. Klipdə Gülay iki fərqli və maraqlı obrazda tamaşaçı qarşısına çıxır. Musiqi dünyasının tanınmış simalarından olan bəstəkar Tərlan Məmmədhüseynov da ekran işində yer alaraq royal arxasında mahnının sehri ilə tamaşaçıları ovsunlayır.

Müğənninin vizajı Elnur Həsənova, geyimlər isə “Leya Couture” aiddir.

Zövqlü və vizual baxımdan diqqətçəkən klip artıq bütün musiqi platformalarında yayımlanıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media