logo
Azərbaycanın stronqmen idmançıları Avropa çempionatında 3 medal qazanıblar

Azərbaycanın stronqmen idmançıları Avropa çempionatında 3 medal qazanıblar

Azərbaycanın stronqmen idmançıları Avropa çempionatında 3 medal qazanıblar Azərbaycanın stronqmen idmançıları Avropa çempionatında 3 medal qazanıblar

İspaniyanın Sevilya şəhərində “Arnold Classic Europe - 2022” festivalı çərçivəsində stronqmen üzrə Avropa çempionatı keçirilib.

Azərbaycan Stronqmen Federasiyasının idmançıları uğurla çıxış edərək çempionatı üç medalla başa vurublar.

İdmançımız Nicat Hüseynov (95 kq) maşındartma və ağır daşların qaldırılması yarışında bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu adına sahib olub. Çempionatda 110 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Aydın Hümbətov maşındartma və ağır daşların qaldırılması, eləcə də çoxnövçülük yarışlarında gümüş medal qazanıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media