https://innews.media/uploads/news/2025-04/_innews_829336737da0529da94f1f111_o.jpg
Bakı Dövlət Universiteti (BDU) azərbaycanlılara qarşı törədilən soyqırım və deportasiyalarla bağlı tədqiqatların aparılması, müxtəlif yerli və beynəlxalq tərəfdaşlarla tədbirlərin keçirilməsinə xüsusi önəm verir. Aprelin 9-u və 11-də Türkiyə Respublikasında BDU, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Dokuz Eylül Universiteti, Anadolu Universiteti, İzmir-Azərbaycan Dərnəyi, Eskişehir-Azərbaycan Dərnəyinin birgə təşkilatçılğı ilə “Erməni problemi və XX əsrdə azərbaycanlılara qarşı törədilən soyqırım və deportasiyalar” adlı konfrans keçiriləcək.
Aprelin 9-da Dokuz Eylül Universiteti, aprelin 11-də isə Anadolu Universitetində keçiriləcək konfransda adıçəkilən təşkilatların nümayəndələri açılış çıxışları edəcək, panel müzakirələrdə BDU-dan və Türkiyə universitetlərindən alimlərin ermənilər tərəfindən törədilən soyqırımı və deportasiyalar haqqında məruzələri dinləniləcək.