logo
Yüksək Liqada “Abşeron” və “AZERRAIL” turu qələbə ilə başa vurdu

Yüksək Liqada “Abşeron” və “AZERRAIL” turu qələbə ilə başa vurdu

Yüksək Liqada “Abşeron” və “AZERRAIL” turu qələbə ilə başa vurdu Yüksək Liqada “Abşeron” və “AZERRAIL” turu qələbə ilə başa vurdu

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII turun oyunları keçirilib.

Turun bir qarşılaşması UNEC VK-nın idman zalında UNEC və “Abşeron” komandaları arasında olub. Görüş “Abşeron” klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər qarşılaşmaları isə GİN-in Voleybol Mərkəzində təşkil olunub. Burada “Murov Az Terminal” komandası “AZERRAIL”lə, “Milli Aviasiya Akademiyası” klubu isə “Gəncə” ilə üz-üzə gəlib.

“Murov Az Terminal” - “AZERRAIL” oyununda qalib 4 setdə müəyyən olunub. “AZERRAIL” rəqibini 3:1 hesabı ilə məğlub edib.

Turun son qarşılaşması isə gərginliyi ilə yadda qalıb. Bu görüşdə “Gəncə” 3:2 hesabı ilə qələbə qazanıb.

Oyunların nəticələri
Yüksək Liqa
27 mart
XVII tur

UNEC - “Abşeron” 0:3 (8:25, 11:25, 10:25)

“Murov Az Terminal” - “AZERRAIL” 1:3 (23:25, 26:28, 25:11, 15:25)

“Milli Aviasiya Akademiyası” - “Gəncə” 2:3 (24:26, 25:16, 16:25, 27:25, 15:17)

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin