logo
Bakıda Qazaxıstan Səfirliyinin təşkilatçılığı ilə Novruz bayramı tədbiri keçirilib

Bakıda Qazaxıstan Səfirliyinin təşkilatçılığı ilə Novruz bayramı tədbiri keçirilib

Bakıda Qazaxıstan Səfirliyinin təşkilatçılığı ilə Novruz bayramı tədbiri keçirilib Bakıda Qazaxıstan Səfirliyinin təşkilatçılığı ilə Novruz bayramı tədbiri keçirilib

Bakıdakı Türk Ticarət Mərkəzində Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Novruza həsr olunmuş bayram tədbiri keçirilib. Tədbir çərçivəsində Qazaxıstan Respublikasının əməkdar xadimi, tanınmış skripka ustası Jamilya Serkebayeva və "Elim ay" uşaq vokal qrupunun konserti təşkil olunub. Tədbirdə Qazaxıstanın, Qırğızıstanın və Türkiyənin Azərbaycandakı səfirləri, yaradıcı ziyalılar, ictimai xadimlər, qazax diasporasının nümayəndələri və tələbələri, Bakı sakinləri iştirak ediblər.  

Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Alim Bayel qonaqları Novruz bayramı münasibətilə təbrik edib və türk dünyasının qardaş xalqları arasında siyasi, iqtisadi, ticarət və mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bu kontekstdə Qazaxıstan-Azərbaycan ikitərəfli əlaqələri nümunəvidir.  

Qırğızıstanın diplomatik nümayəndəliyinin rəhbəri Maksat Mamıtkanov birgə bayramın təşkilinə görə təşəkkür edib və türk xalqlarına rifah arzulayıb. Türkiyənin Azərbaycandakı Səfiri Birol Akgün mədəni tədbirlərin ölkələrimiz arasındakı birliyin möhkəmlənməsinə töhfəsini yüksək qiymətləndirib və hər kəsi Novruz bayramı və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.  

Konsert proqramında “Naurız duman”, “Koroğlu”, “Sulu kız”, “Altyn besik”, “Aday” və digər musiqi əsərlər səslənib. Tədbirin sonunda Yılmaz Okuklu və Bakının biznes icması adından iftar süfrəsi təşkil olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media