https://innews.media/uploads/news/2025-03/_innews_3e7fa8443b1c74a0ef38e728c_o.jpg
Samux rayonunda 3.6 maqnitudalı zəlzələ baş verib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ Mingəçevir stansiyasından 46 km şimal-şərqdə, Mingəçevir su anbarı yaxınlığında qeydə alınıb.
Zəlzələ yerli vaxtla saat 17:09-da, 10 kilometr dərinlikdə baş verib və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Hazırda yeraltı təkanların mümkün afterşokları və təsirləri araşdırılır.