logo
Röya Ayxan "Sultanım" mahnısını akustik versiyada təqdim etdi - VİDEO

Röya Ayxan "Sultanım" mahnısını akustik versiyada təqdim etdi - VİDEO

Röya Ayxan "Sultanım" mahnısını akustik versiyada təqdim etdi - VİDEO Röya Ayxan "Sultanım" mahnısını akustik versiyada təqdim etdi - VİDEO

Hal-hazırda Dubayda istirahətdə olan pop kraliça Röya Ayxan böyük sevgi və rəğbət qazanan “Sultanım” mahnısını akustik versiyada təqdim edib. Sözləri Nadoya, musiqisi Pərviz Mahmudova məxsus olan mahnıya maestro Sezgin Tellaloğlunun musiqi rəhbəri olduğu orkestr ilə yeni nəfəs verilib. Xalq artistinin bu dəfə akustik variantda səsləndirdiyi “Sultanım” mahnısı instrumental alətlərlə müşayiət olunub. Sənətçi bəstəyə Türkiyədə video çarx da hazırlatdırıb. Video rolikin müəllifi rejissor Kemal Başbuğdur.

Qeyd edək ki, “Sultanım” mahnısının akustik variantda təqdimatında 13 musiqiçi iştirak edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media