Ard-arda çıxardığı layihələri ilə gündəm olan müğənni Dilarə Kazımova yeni ifasını təqdim edib.
innews.media xəbər verir ki, möhtəşəm səhnə şousu, güclü səsi və dinamik performansı ilə sənətçi sözü və musiqisi Gökselə aid olan məşhur “Depresyondayım” bəstəsini səsləndirib. Mahnının aranjimanı Nadir NağdPula aiddir.
Qeyd edək ki, bəstə Dilarə Kazımovanın rəsmi “Youtube” kanalında təqdim olunub. “Cover” görüntünün müəllifi isə fotoqraf Ülvi Daşdəmirlidir. Makiyaj üzərində Jalə çalışıb.
Layihə ARB TV-nin Novruz şənliyi ilə bağlı keçirilən tədbir üçün təqdim olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin