logo
Dövlət Uşaq Filarmoniyası “Gəl, Novruzum” deyərək Novruz bayramını qarşıladı

Dövlət Uşaq Filarmoniyası “Gəl, Novruzum” deyərək Novruz bayramını qarşıladı

Dövlət Uşaq Filarmoniyası “Gəl, Novruzum” deyərək Novruz bayramını qarşıladı Dövlət Uşaq Filarmoniyası “Gəl, Novruzum” deyərək Novruz bayramını qarşıladı

14 mart 2025-ci il Dövlət Uşaq Filarmoniyası “Gəl, Novruzum” adlı konsert proqramı ilə çıxış edib. Hər il olduğu kimi Novruz bayramının gəlişi Dövlət Uşaq Filarmoniyasında xüsusi hiss olunurdu. Uşaqların səhnə həyacanı, bayram sevinci bir-birinə qarışmışdı.

Konsertdə Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru, “Güləbatın” vokal ansamblı, “Musiqili uşaq teatrı” “Sədəf” xalq çalğı alətləri ansamblı və solistləri, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivləri milli ruhlu, bayram ab-havalı musiqi nömrələri ilə çıxış edib.

“Musiqili uşaq tetarı”nın balaca aktyorlarının təqdimatında Novruz bayramına aid bütün çərşəmbələr, atributlar, rituallar böyük məharətlə tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Konsertin sonu xalqımızın həmrəylik simvolu olan, ən qədim rəqs “Yallı” rəqsi ilə tamamlandı.

Bununla da Novruz bayramına həsr olunmuş “Gəl, Novruzum” adlı konsert proqramı tamamlanıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media