https://innews.media/uploads/news/2025-03/_innews_92647029c60ad0c85ceff17b6_o.jpg
Fevralın 25-dən etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I–VIII və X sinifləri əhatə edir.
Bu günə qədər:
- 14000 müraciət portala daxil edilib.
- 10000 şagirdin yerdəyişməsi uğurla tamamlanıb.
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi 5 mart tarixindən etibarən dayandırılıb və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.
Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
Ən son xəbərləri səhifəmizdən də izləyin