logo
“Qəzadan sonra məndə çox böyük travma qalıb”

“Qəzadan sonra məndə çox böyük travma qalıb”

“Qəzadan sonra məndə çox böyük travma qalıb” “Qəzadan sonra məndə çox böyük travma qalıb”

Xalq artisti Mehriban Zəki düşdüyü dəhşətli avtomobil qəzasından danışıb.

innews.media xəbər verir ki, “Pərvizə görə”də qonaq olan sənətçi  qəzadan sonrakı anların çəkilib, sosial şəbəkələrdə paylaşılmasının onda böyük travma yaratdığını deyib:

“Baş verən hansısa qanlı hadisəni, avtomobil qəzasını, utanmadan, çəkinmədən, həya etmədən insanların acısını çəkib paylaşırlar. Psixoloji məqamları bilmirik. Məndə çox böyük travma qalıb. O qədər böyükdür ki, bu barədə danışmaq istəmədim. Təbii ki, belə bir hadisədən sonra çox şey dəyişir. Məqsədli şəkildə bunu dəyişəcəm demədim. Amma istər-istəməz dəyişir. Dəyişən məqamlar səni böyüdür, dərinləşdirir. Hər addımında, hər kəliməndə düşünməyə, götür-qoy etməyə, məsuliyyət daşımağa vadar edir”.

Qeyd edək ki, M.Zəki həmkarı Dilarə Əliyeva və mərhum Oqtay Əliyevlə avtomobil qəzasına düşmüş, O.Əliyev bu hadisədə dünyasını dəyişmişdi.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media