https://innews.media/uploads/news/2025-03/_innews_7c60175ea518dde7701db9e09_o.jpg
12 mart 2025-ci il tarixində saat 18:30-da Azərbaycan Milli İncəsənət Muzeyində Belarus Respublikasının Milli İncəsənət Muzeyinin kolleksiyasından seçilmiş rəngkarlıq və qrafika əsərlərindən ibarət “Y.Pen, Y.Kruqer. Belarusda rəssamlıq təhsilinin baniləri” adlı sərginin açılış mərasimi keçiriləcək.
Sankt-Peterburq Rəssamlıq Akademiyasının məzunları, müasir Belarusda peşəkar rəssamlıq təhsilinin baniləri, Vitebsk və Minsk şəhərlərində xüsusi rəsm və rəngkarlıq məktəblərinin təsisçiləri olmuş rəssam-pedaqoqlar, bir çox şagirdləri üçün həyatlarının ilk və ən vacib müəllimləri sayılan Yuri Penin anadan olmasının 170, Yakov Kruqerin 155 illiyinə həsr edilmiş sərgi layihəsi 2024-cü ildə Belarus Respubliksının mədəni həyatında parlaq hadisə çevrildi.
Sərgidə Belarus Respublikası Milli İncəsənət Muzeyi ilk dəfə olaraq Azərbaycan Respublikasında muzeyin kolleksiyasında yer alan XIX əsrin sonu - XX əsrin ortalarına aid 61 rəngkarlıq və qrafika əsərini təqdim edir.
Bu ekspozisiyada görkəmli Belarus rəssamları Yuri Pen (1854-1937) və Yakov Kruqerin (1869-1940) bədii irslərinin, eləcə də onların tələbələrinin bütöv bir pleyadasının – dünyaşöhrətli Mark Şaqal və Mixael Kikoin, Belarus SSR-nin Xalq rəssamı İvan Axremçik, sovet, Belarus rəngkar və qrafikləri Lev Zevin, Mixail Kunin, Lev Leytman, Lazar Ran, Yefim Poyak, Vyaçeslav Rutsay, Mixail Stanyut, Solomon Yudovin, Pyotr Yaviç kimi Belarus milli incəsənət məktəbinin “portretini” yaratmış müxtəlif bədii cərəyanların nümayəndələrinin yaradıcılığı əks olunub.
Sərgi 4 may 2025- ci il tarixinədək davam edəcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin