logo
Tibbi Xidmət İdarəsi Bio-Etika komissiyasının növbəti iclası keçirilib

Tibbi Xidmət İdarəsi Bio-Etika komissiyasının növbəti iclası keçirilib

Tibbi Xidmət İdarəsi Bio-Etika komissiyasının növbəti iclası keçirilib Tibbi Xidmət İdarəsi Bio-Etika komissiyasının növbəti iclası keçirilib

Martın 6-da Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru dosent İsmayıl Əfəndiyevin sədrliyi ilə Bio-Etika komissiyasının növbəti iclası keçirilib.

İclasda Mərkəzi Gömrük Hospitalının bazasında Hospitalın Mama-Ginekologiya və Orqan Transplantasiyası şöbələri tərəfindən klinik tədqiqatların aparılması üçün daxil olmuş 5 müraciətə baxılıb.

Əsas tədqiqatçılar çıxış edərək hər bir klinik tədqiqat haqqında məlumat verib, komissiya üzvlərinin suallarını cavablandırıblar. Aparılan hərtərəfli müzakirələrdən sonra komissiya təqdim edilmiş tədqiqatların qəbul olunmuş etik standartlara cavab verdiyini nəzərə alaraq, onların Mərkəzi Gömrük Hospitalı bazasında keçirilməsi üçün müsbət rəy verib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media