Etdiyimiz hər əməllər,
Gün üzünə çəkir bizi.
Xəyalımız göydə gəzir,
Yer özünə çəkir bizi.
Keçmişlərə boylandıqca,
Yaşlandıqca,qocaldıqca,
Yer üzündə çox qaldıqca,
Yer özünə çəkir bizi.
Az göylərin fikrini çək,
Diri ikən yaxşılıq ək,
Öləndə sanki sığal tək,
Yer üzünə çəkir bizi.
Gəzə-gəzə olur əyan,
Yenə yerdir bizə qalan,
Niyə qalsın göyə güman,
Yer özünə çəkir bizi.
Şamil Aziz. (Çeboksarı şəhəri,Çuvaşıstan respublikası,Rusiya federasiyası.)14.06.2024.
Ən son xəbərləri səhifəmizdən də izləyin