https://innews.media/uploads/news/2025-03/_innews_3753e84a42f7476e9f8a3f59e_o.jpg
Gənclər və İdman Nazirliyi “İdman həftəsi” çərçivəsində martın 3-də “Qan ver, həyat xilas et!” şüarı altında könüllü qanvermə aksiyası keçirib.
Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunda baş tutan aksiyada Gənclər və İdman Nazirliyinin kollektivi, idmançılar, məşqçilər, tələbələr iştirak ediblər. Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib.