logo
Osloda Nizami Gəncəvi məktəbində Xocalı Faciəsinin 33-cü ildönümü anıldı

Osloda Nizami Gəncəvi məktəbində Xocalı Faciəsinin 33-cü ildönümü anıldı

Osloda Nizami Gəncəvi məktəbində Xocalı Faciəsinin 33-cü ildönümü anıldı Osloda Nizami Gəncəvi məktəbində Xocalı Faciəsinin 33-cü ildönümü anıldı

Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu məktəbinin budəfəki dərsi Xocalı Faciəsinin 33- cü ildönümünə həsr edilib.Dərs dövlət himninin səslənməsi ilə başlayıb və şagirdlər  faciənin təsvir olunduğu rəsmlər haqqında çəkilmiş filmə baxıblar.Şagirdlərə Qanlı

Gecə haqqında məlumat verilib və faciənin  dəhşətlərini özündə əks etdirən bukletlər  paylanıb.

Sinif otağında sözügedən məktəbin şagirdlərinin Xocalı Faciəsinə həsr edilmiş rəsmləri də nümayiş olunub və faciədən bəhs edən  kitablar haqqında məlumat verilib.

Qeyd edək ki, İsveçdə yaşaya n yazıçımız Eluca Atalının müəllifi olduğu və Xocalı Faciəsindən bəhs edən "Ttiqranizm Xocalıda" adlı kitab da şagirdlərə təqdim edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin