https://innews.media/uploads/news/2025-03/_innews_b6f1114cb2a491538bb36491d_o.jpg
Bakı Metropoliteninin Marketinq və Reklam şöbəsinin rəhbəri Lala Babayeva vəzifəsindən ayrılıb.
Bu barədə Caliber.Az-a özü məlumat verən Lala Babayeva bildirib ki, o, 1 mart tarixindən etibarən öz istəyinə əsasən işdən ayrılıb (11 fevral tarixində ərizə yazıb).
Qeyd edək ki, Lala Zaur qızı Babayeva intellektual “Nə? Harada? Nə zaman?” oyununun ulduzu kimi tanınır və sosial şəbəkələrdə də fəal vətəndaş mövqeyi ilə seçilir.