logo
İsveçdə Beynəlxalq Ana Dili Günü münasibətilə konfrans keçirilib

İsveçdə Beynəlxalq Ana Dili Günü münasibətilə konfrans keçirilib

İsveçdə Beynəlxalq Ana Dili Günü münasibətilə konfrans keçirilib İsveçdə Beynəlxalq Ana Dili Günü münasibətilə konfrans keçirilib

İsveçdə 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə zoom konfrans keçirilib. "Qobustan-Azərbaycan Aydınlar Ocağı"nın təşkilatçılığı ilə baş tutan konfrans Azərbaycan dilinin önəmi və inkişafı, imkanlar və maneələr, həmçinin milli kimlik, milli düşüncə kimi mövzulara həsr olunub.

Təşkilatın İdarə Heyətinin üzvü, görkəmli yazar Eluca Atalının moderatorluğu ilə baş tutan konfransda Azərbaycan diasporunun fəal üzvləri Abdulla Cavanşir Əmir Haşimi, Mehman Dəmirli, Babək Azad, Jalə Cəfərova, Pərvanə Məmmədli, Əlirza Ərdəbili, Çinarə Qəbulova, Tünzalə Seyfullayeva, Gültəkin Quliyeva, Əzim Həsənzadə, Aida Amir Haşimi, Bəyim Rəhimova, Səadət Kərimi öz çıxışlarında mövzunu fərqli perspektivdən müzakirə ediblər.

Əsas məruzəçi təşkilatın üzvü, Güney Azərbaycan milli fəalı, Azərbaycan Demokratiya və İnkişaf Ocağının rəhbəri Duman Radmehr Güney Azərbaycanda ana dilində təhsilin olmaması, ədəbi dilin inkişafdan qalması, siyasi durum və çoxşaxəli milli mübarizədən, tarixi şərtlər və proseslər haqqında geniş məlumat verib.

Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının təşkilatçılığı ilə baş tutan bu cür tədbirlər Azərbaycan dövlətinin diaspor, gənclər və mədəniyyət siyasətinin, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi baxımından olduqca faydalıdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin