https://innews.media/uploads/news/2025-02/_innews_60bb27fe4663c90977c84420d_o.jpg
Beş ay davam edən “Diaspor Akademiyası - 2” layihəsi uğurla başa çatıb.
Sonuncu 10-cu təlim “Səmərəli kütləvi tədbirlərin təşkili, onların gündəmə çevrilməsi texnologiyaları” mövzusuna həsr olunub.
Tanınmış təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov təlim iştirakçılarına kütləvi tədbirlərin təsnifatı, təşkili, onlardan istifadə qaydaları və digər məsələlər barədə məlumat verib.
İştirakçılar bu sahədə təcrübələrini bölüşüb, öyrəndikləri mövzular və materiallara uyğun olaraq onlara verilmiş ev tapşırıqları əsasında maraqlı təqdimatlarla çıxış ediblər.
Təlim iştirakçıları “Diaspor Akademiyası-2” layihəsini yüksək qiymətləndiriblər. Sonda təlimin təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə, təlimçi Vəli Əlibəyova minnətdarlıqlarını bildirib, gələcəkdə də bu cür layihələrin gerçəkləşdirilməsi istəklərini dilə gətiriblər.