https://innews.media/uploads/news/2025-02/_innews_3b7a47bf96cff42be092e81a2_o.jpg
34 yaşlı pasiyent (kişi cinsli) altı ay öncə beyin qanaması səbəbindən koma vəziyyətində Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib. Zəruri müayinə prosedurlarından sonra Neyrocərrahiyyə şöbəsinin həkim-neyrocərrahı Elşən Əhmədli tərəfindən ona beyin əməliyyatı icra edilib.
Uğurla tamamlanan bu əməliyyatdan altı ay sonra pasiyentə kranioplastika əməliyyatı planlaşdırılıb. Kranioplastika kəllə sümüyünün travma, cərrahi müdaxilə və ya anadangəlmə deformasiyalar nəticəsində yaranan defektlərin bərpası üçün aparılan cərrahi prosedurdur. Bu əməliyyat həm funksional, həm də estetik məqsədlərlə həyata keçirilir.
E. Əhmədlinin icra etdiyi bu əməliyyatdan sonra pasiyent stasionar müalicəsini davam etdirib. Hazırda onda heç bir nevroloji qüsur müşahidə edilmir və yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.