logo
Azərbaycan və  Norveç məktəblilərinin görüşü keçirilib - VİDEO

Azərbaycan və Norveç məktəblilərinin görüşü keçirilib - VİDEO

Azərbaycan və Norveç məktəblilərinin görüşü keçirilib - VİDEO Azərbaycan və Norveç məktəblilərinin görüşü keçirilib - VİDEO

Norveçin Oslo şəhərində fəaliyyət göstərən N.Gəncəvi adına həftəsonu ana dili məktəbinin sagirdləri  ilə Bakı şəhəri Nizami rayonu 220 saylı lisey-məktəbin şagirdlərinin  birgə “Ana dili” gününə həsr edilmiş  zoom görüşü keçirilib.

Sözügedən görüşdə istedadlı usaq yazıçısı  Gülzar Ibrahimovanın Skandinaviya nağıl qəhrəmanlarına həsr etdiyi “Trolların sirri” nağılının hər iki məktəbinin  şagirdləri tərəfindən müzakirəsi edilib. “Trolların sirri” ni  oxuyan  şagirdlər nağılın çox maraqlı  olduğunu vurğulayıb. Sözügedən nağılda  qəhrəmanların və adların həm milli, həm də əcnəbi olması şagirdlərin  marağına səbəb olub.  

Qeyd edək ki, Oslo şəhərində fəaliyyət göstərən N.Gəncəvi adına həftəsonu ana dili məktəbinin sagirdi  Səlim Abbazsadə “Trolların sirri”nağlını Norveç dilinə tərcümə edib.  S.Abbaszadə“Ana dili “ günü ilə bağlı çəkdiyi  rəsmlərini   görüş iştirakçılarına təqdim edib.

G.İbrahimova da görüşdə “Ana dili” haqqında yazdığı yeni şeirlərini, mahnılarını və hekayələrini  şagirdlər üçün  səsləndirib.

Bakı şəhəri Nizami rayonu 220 saylı lisey-məktəbin şagirdləri “Trolların sirri” nağlından  bir hissəni səhnələşdirərək iştirakçılara təqdim ediblər.

Oslo şəhərində fəaliyyət göstərən N.Gəncəvi adına həftəsonu ana dili məktəbinin sagirdləri  Ənvər Ramberq, Aida Ramberq, Sabina Əliyeva, Altay Bagheri və Simurq Abbaszadə ana dilinə həsr edilmiş mahnı və şeirlər səsləndiriblər.

Qeyd edək ki,görüşdə iştirak etmiş şagirdlərə “Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək Birliyi tərəfindən  diplomlar təqdim edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin