https://innews.media/uploads/news/2025-02/_innews_f477b249d0654f4b8f0e5e286_o.jpg
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv səfərdə Kosovo ilə üz-üzə gələcək.
A qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Yığma fevralın 23-də Bakıda İrlandiyanı qəbul edəcək.
İsveçrə 8 xalla qrupda liderdir. İrlandiya 6 xalla ikinci, Azərbaycan yığması 5 xalla üçüncüdür. Eyni xala malik Kosovo dördüncü pillədə qərarlaşıb.