logo
Daha iki boksçumuz “Drakula Open”ə qələbə ilə başladı

Daha iki boksçumuz “Drakula Open”ə qələbə ilə başladı

Daha iki boksçumuz “Drakula Open”ə qələbə ilə başladı Daha iki boksçumuz “Drakula Open”ə qələbə ilə başladı

Rumıniyada gənc boksçular arasında “Drakula Open” beynəlxalq turniri davam edir.

Yarışın dördüncü günündə Azərbaycan millisinin daha 2 idmançısı qələbə qazanıb.

Boksçularımızdan Nihat Qasımov (51 kq) 1/8 finalda Kristian Serbanı (Rumıniya) sınağa çəkib. Görüş təmsilçimizin 5:0 (29:27, 29:27, 30:26, 30:26, 30:26) hesablı qələbəsi ilə başa çatıb. Qasımov 1/4 finalda ilk mərhələdən azad olan Maksim Maşevki (Ukrayna) ilə üz-üzə gələcək.

Zidan Hümbətov (54 kq) da turnirə qələbə ilə start verib. O, rumıniyalı Emzar Qransianı ilk raundda tam üstünlüklə məğlub edib. Hümbətov 1/4 finalda Roman Spakla (Moldova) qarşılaşacaq.

“Drakula Open”də final döyüşləri fevralın 23-də olacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin