logo
Hiroşima şəhərində Azərbaycan haqqında mühazirə keçirilib

Hiroşima şəhərində Azərbaycan haqqında mühazirə keçirilib

Hiroşima şəhərində Azərbaycan haqqında mühazirə keçirilib Hiroşima şəhərində Azərbaycan haqqında mühazirə keçirilib

Yaponiyanın Hiroşima şəhərində Azərbaycan mədəniyyəti və mətbəxi haqqında mühazirə keçirilib.

Hiroşimada yaşayan diaspor fəalı Nemət Mirzə mühazirədə iştirak edən ziyarətçilərə Azərbaycanın zəngin mədəniyyəti, milli adət-ənənələri və tarixi haqqında geniş məlumat verib. Bundan əlavə, Azərbaycanın milli yeməkləri, onların necə hazırlanması barədə də söhbət açılıb. Mühazirə qonaqların marağına səbəb olub.

Sonda iştirakçılara Azərbaycanın milli yeməkləri və şirniyyatları təqdim edilib.

Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının təşkilatçılığı və ya iştirakı ilə baş tutan bu cür tədbirlər milli-mənəvi dəyərlərimizin, tarixi-mədəni irsimizin tanıdılması baxımından olduqca faydalıdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin