https://innews.media/uploads/news/2025-02/_innews_417b9822a24fea19b1b1d5cea_o.jpg
Qadın voleybolçuların Yüksək Liqasında XI turun oyunları keçirilib.
Bu gün GİN-nin Voleybol Mərkəzində turun iki qarşılaşması baş tutub. “Milli Aviasiya Akademiyası” “AZERRAIL”lə, “Murov Az Terminal” komandası isə UNEC üz-üzə gəlib. “AZERRAIL” rəqibini 3:1, “Murov Az Terminal” isə 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, XI tura son qarşılaşması sabah Gəncədə keçiriləcək. Bu dəfə “Gəncə” klubunun qonağı “Abşeron” komandası olacaq.
Yüksək Liqa
14 fevral
“Milli Aviasiya Akademiyası” - “AZERRAIL” 1:3 (23:25, 25:22, 16:25, 21:25)
“Murov Az Terminal” - UNEC 3;0 (25:8, 25:5, 25:7)
15 fevral
14:30. “Gəncə” - “Abşeron”
Ünvan: Gəncə İdman Sarayı
AVF-nin rəsmi Youtube kanalı (canlı)