2024-cü ilin sonundan Prime Cotton brendi altında fəaliyyət göstərən MKT İstehsalat Kommersiya şirkəti “Özəl sektor üzrə fəal ixracatçı” nominasiyasında fərqləndiyinə görə sertifikatla təltif olunub.
13 fevral 2025-ci il tarixində keçirilmiş “Vergi Xidməti–25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda İqtisadiyyat Naziri Mikayıl Cabbarov sertifikatı Prime Cotton-un Baş İcraçı Direktoru Rövşən Mahmudova təqdim edib.
Bu mükafat Prime Cotton-un ixrac sahəsindəki uğurlarının və Azərbaycan iqtisadiyyatına verdiyi töhfənin bir göstəricisidir!
Ən son xəbərləri səhifəmizdən də izləyin