logo
Neftçala rayonunda "Xəzəri qoruyaq" adlı təmizlik aksiyası keçirilib

Neftçala rayonunda "Xəzəri qoruyaq" adlı təmizlik aksiyası keçirilib

Neftçala rayonunda "Xəzəri qoruyaq" adlı təmizlik aksiyası keçirilib Neftçala rayonunda "Xəzəri qoruyaq" adlı təmizlik aksiyası keçirilib

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Regional İnkişaf İctimai Birliyinin könüllülərinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyi və “EcoHub” ekoloji platformasının könüllülərinin dəstəyi ilə 12 sentyabr 2022-ci il tarixdə Neftçala rayonunda “Xəzəri qoruyaq!” Beynəlxalq Sahilyanı Təmizlik aksiyası baş tutmuşdur. Təmizlik aksiyası Şirvanlı kəndi ərazisində yerləşən Müşfiq çimərliyində həyata keçirilmişdir.

Məlumat üçün bildiririk ki, bu il “Xəzəri qoruyaq!” Beynəlxalq Sahilyani Təmizlik aksiyasi “Coca-Cola”, “Carlsberg Azerbaijan”, “PAŞA Bank” və “Bakcell” şirkətlərinin tərəfdaşlığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ASAN xidmətin dəstəyi və “EcoHub” ekoloji platformasının icraçı tərəfdaşlığı ilə təşkil olunur.

Bu il aksiya ilk dəfə olaraq 7-16 sentyabr tarixlərində bütün Xəzər sahili rayonları əhatə edəcəkdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media