logo
Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə “Vətən sağolsun!” layihəsinin növbəti görüşü baş tutub

Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə “Vətən sağolsun!” layihəsinin növbəti görüşü baş tutub

Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə “Vətən sağolsun!” layihəsinin növbəti görüşü baş tutub Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə “Vətən sağolsun!” layihəsinin növbəti görüşü baş tutub

Görüşün qonaqları Vətən müharibəsi iştirakçıları Saleh Hacıyev və Nazim Abdullayev olub. Qonaqlarımız öz təcrübələrini gənclərlə bölüşərək, onların milli ruhunu daha da gücləndirib. Görüş zamanı İkinci Qarabağ müharibəsində gənclərin önəmli rolu və onların fədakarlığı da xüsusi vurğulanıb.

Bu cür layihələr gənclərin tariximizi daha yaxından tanımasına və vətənpərvər ruhda yetişməsinə mühüm töhfə vermək məqsədi daşıyır.

Məlumat üçün bildirək ki, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü və xüsusilə gənclərimizin fədakarlığı sayəsində erməni vandalizminə məruz qalmış tarixi torpaqlarımız işğaldan azad edilmiş, ərazi bütövlüyümüz bərpa olunmuşdur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media