logo
Gəncə avtomobil zavodu İB-nın kollektivi qanvermə aksiyasında iştirak edir

Gəncə avtomobil zavodu İB-nın kollektivi qanvermə aksiyasında iştirak edir

Gəncə avtomobil zavodu İB-nın kollektivi qanvermə aksiyasında iştirak edir Gəncə avtomobil zavodu İB-nın kollektivi qanvermə aksiyasında iştirak edir

Gəncə avtomobil zavodu İstehsalat Birliyininin kollektivi könüllü qanvermə aksiyasında iştirak edib.

Birliyin direktoru Amin Əliyevin  sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Talassemiya və digər irsi qan xəstəliklərinin qarşısının alınması məqsədilə donorluğun və qan xidmətinin inkişafına dair imzaladığı xüsusi sərəncamlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə başlanılan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq keçirilən qanvermə aksiyalarına müəssisənin rəhbərliyi və əməkdaşları da qoşulur:

“Ölkədə qana ehtiyac duyan insanlara,  hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi, bu xəstəlikdən əziyyət çəkən insanlara yardım məqsədilə sağlamlığı imkan verən birliyimizin əməkdaşları könüllü surətdə bu nəcib və xeyirxah aksiyaya qoşulublar” deyə A.Əliyev əlavə edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media