logo
Almaniya səfirliyində alumnilər üçün görüş keçirilib

Almaniya səfirliyində alumnilər üçün görüş keçirilib

Almaniya səfirliyində alumnilər üçün görüş keçirilib Almaniya səfirliyində alumnilər üçün görüş keçirilib

Dünən Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyində müxtəlif təqaüd proqramlarının alumniləri üçün xüsusi tədbir təşkil olunub.

Səfir Dr. Ralf Horlemann tədbirdə çıxış edərək məzunlara dəyərli töhfələrinə görə təşəkkür edib və Almaniya-Azərbaycan münasibətlərinin inkişafında dialoq, əməkdaşlıq və təcrübə mübadiləsinin vacibliyini vurğulayıb. O, beynəlxalq nizamın pozulduğu və müxtəlif münaqişələrin yaşandığı bir dövrdə bu cür təşəbbüslərin əhəmiyyətini xüsusi qeyd edib.

Görüşdə keçmiş təqaüdçülər bir araya gələrək fikir mübadiləsi aparıb, şəbəkələrini gücləndirib və yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Tədbirdə iştirak edən hər kəsə təşəkkür edir və bu cür görüşlərin il ərzində daha çox təşkil olunacağını ümid edirik!

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media