logo
BƏƏ-də Azərbaycan və qazax icmaları arasında görüş keçirilib

BƏƏ-də Azərbaycan və qazax icmaları arasında görüş keçirilib

BƏƏ-də Azərbaycan və qazax icmaları arasında görüş keçirilib BƏƏ-də Azərbaycan və qazax icmaları arasında görüş keçirilib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabidə həmin ölkədə yaşayan Azərbaycan və qazax icmalarının xanım üzvlərinin görüşü keçirilib.

Görüş Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə əlaqələndiricisi Nuranə Hüseynovanın təşəbbüsü ilə baş tutub.

Görüşdə dövlətlərimiz arasında dostluq, qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu və bunun xalqlar arasında əlaqələrə də müsbət töhfə verdiyi vurğulanıb. Xalqlarımızın qardaşlığı, eyni soy kökünə, mədəniyyətə, dilə malik olduğu qeyd edilib. İki ölkənin icması arasında əməkdaşlığın genişləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin