logo
Kişi voleybolçuların Azərbaycan çempionatında IX turun növbəti oyunları keçirilib

Kişi voleybolçuların Azərbaycan çempionatında IX turun növbəti oyunları keçirilib

Kişi voleybolçuların Azərbaycan çempionatında IX turun növbəti oyunları keçirilib Kişi voleybolçuların Azərbaycan çempionatında IX turun növbəti oyunları keçirilib

Bu gün Yüksək Liqada turun daha iki qarşılaşması baş tutub. İlk olaraq Sumqayıt OİK-də “Neftçi” komandası “Gənclər”in qonağı olub. Görüş “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun son qarşılaşmasında isə FHN-nin idman zalında “Xilasedici” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. Gərgin keçən oyunda “Xilasedici” rəqibini 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları fevralın 12-də və 13-də keçiriləcək.

Oyunların nəticələri
Yüksək Liqa
IX tur
6 fevral

“Gənclər” - “Neftçi” 0:3 (21:25, 16:25, 19:25)

“Xilasedici” - “Murov Az Terminal” 3:1 (25:23, 19:25, 25:20, 25:20)

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin