logo
Qadın voleybolçular arasında Azərbaycan çempionatında IX turun oyunları keçirilib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında IX turun oyunları keçirilib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında IX turun oyunları keçirilib Qadın voleybolçular arasında Azərbaycan çempionatında IX turun oyunları keçirilib

Turun ilk qarşılaşması UNEC VK-nın idman zalında UNEC və “Gəncə” komandaları arasında olub. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər qarşılaşmaları isə GİN-in Voleybol Mərkəzində təşkil olunub. Burada “AZERRAIL” komandası “Abşeron”la, “Murov Az Terminal” klubu isə “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəlib.

“AZERRAIL” - “Abşeron” oyununda qalib 4 setdə müəyyən olunub. “Abşeron” rəqibini 3:1 hesabı ilə məğlub edib.

Günün və turun son qarşılaşmasında isə “Milli Aviasiya Akademiyası” 3:0 hesabı qələbə qazanıb.

Qeyd edək ki, qadın voleybolçuların Yüksək Liqasında növbəti tur fevralın 11-də keçiriləcək.

Oyunların nəticələri
Yüksək Liqa
IX tur
4 fevral

UNEC - “Gəncə” 0:3 (14:25, 17:25, 12:25)

“AZERRAIL” - “Abşeron” 1:3 (25:15, 20:25, 19:25, 14:25)

“Murov Az Terminal” - “Milli Aviasiya Akadekiyası” 0:3 (17:25, 17:25, 15:25)

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin