logo
Azərbaycanda ilk dəfə kelt arfası ilə fleytanın ifasında konsert baş tutdu - FOTO

Azərbaycanda ilk dəfə kelt arfası ilə fleytanın ifasında konsert baş tutdu - FOTO

Azərbaycanda ilk dəfə kelt arfası ilə fleytanın ifasında konsert baş tutdu - FOTO Azərbaycanda ilk dəfə kelt arfası ilə fleytanın ifasında konsert baş tutdu - FOTO

Yanvarın 31-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində “Ruhun qidası – musiqi” adlı konsert keçirilib. Konsert proqramında gənc istedadlı arfa ifaçısı Pərvin Əşari (məşhur arfa ifaçısı Çiçək Rzayevanın tələbəsi), Ülkər Qüdrətli və Lalə Əsgər (fleyta) iştirak etdi.

Arfa ən qədim alətlərdən biridir, İrlandiyanın simvoludur. Arfa İrlandiya mədəniyyətində musiqinin əhəmiyyətini və İrlandiya musiqi ənənələrinin qədimliyini simvollaşdırır. Gecədə tanınmış dünya bəstəkarlarının əsərləri məhz kelt arfasının solo və fleyta ilə duetlər formasında səsləndirilib. Onların arasında: Milli İrlandiya rəqsi "Pərilər Kralı", İrlandiya milli valsı "Arzular valsı", "Van Qoq" (A.Virciniya), "Konsert etüd" (Susan Makdonald), "Təntənəli" (Linda Vud), "Hər zaman mənimlə" (Yumi Kimura),  "Passakaliya" (G.F. Hendel), "Largo" Qış silsiləsindən (Vivaldi), "Kelt talismanı" (Jokilehto), "Solğun xatirələr", "Qayalı sahil boyunca", "Sehirli gecə" ( Elizabet).

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media