logo
Fizaka KVN komandası Tiktokerliyə qarşı mübarizə aparır

Fizaka KVN komandası Tiktokerliyə qarşı mübarizə aparır

Fizaka KVN komandası Tiktokerliyə qarşı mübarizə aparır Fizaka KVN komandası Tiktokerliyə qarşı mübarizə aparır

Hər il olduğu kimi Fizaka KVN komandası yenidən səhnədə öz yumoru ilə tamaşaçıların önündə olacaq.

Konsertin adından bəlli olur ki bizi çox maraqlı və satirik bir yumor gözləyir. Fevralın 17-si Gənc Tamaşaçılar Teatrında keçiriləcək Baş Mütəşəkkil Tiktokerliyə qarşı mübarizə idarəsi adlı solo konsertə artıq sayılı günlər qalıb. Nəzərə alsaq ki hal hazırda ölkəmizdə müasir tiktokerlik elədə yaxşı məcrada hərəkət etmir. Gənc KVN-çilərdə bu arqumentlərə əsaslanaraq bütöv bir konsert formatında tamaşaçılara gülüş bəxş edəcək. Saytımıza Fizaka KVN komandasının bədii rəhbəri və kapitanı Səttar Qulamov öz fikirlərini bildirib.

Hər konsertə yanaşdığımız kimi bu konsertə də tam ciddi şəkildə hazırlaşırıq. Günü gündən yaradıcılığımızda inkişaf var. Komandada yeni simalar var. Yeni üzvlərə şans vermişik. Konsertə gəlincə isə biz faktiki olaraq ölkənin yeganə gənc KVN komandası sayılırıq. KVN digər janrlara baxanda fərqli bir üslubdur. Bizdə öz növbəmizdə hesab edirik ki, müasir tiktokerlik cəmiyyət üçün zərərli və ziyanlıdır. Dövlət narkotik ,korrupsiya, insan alveri və digər neqativ fəaliyyətlərə qarşı bilavasitə mübarizə aparır deyə hesab edirik ki tiktokerliyə qarşı mübarizə idarəsi yaradılsa pis olmazdı. Düzdür güc strukturlarımız sağolsunlar son aylarda çox  ciddi tədbirlər gördülər bu istiqamətdə. Nəticəsini bütün ölkə gördü. Biz Fizaka komandası olaraq müasir Azərbaycan gəncini tərənnüm edirik. Müasir Azərbaycan gənci dedikdə savadlı intellektual olmaqla yanaşı mədəniyyəti, vətəni sevməyi özündə birləşdirir. Tiktokda baş verənlər isə bizim gəncliyimizə mədəniyyətimizə və dövlətimizə bir mənalı olaraq ziddir.

Bir sözlə əsl müasir Azərbaycan gəncini görmək istəyən hər kəsi 17 Fevral Gənc Tamaşaçılar Teatrında bizə dəstək olmağa dəvət edirik.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media