https://innews.media/uploads/news/2025-02/_innews_7c5474d1c0849349448b08c4f_o.jpg
innews.media xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası tərəfindən "Ən yaxşı kişi komanda məşqçisi" adına layiq görülən Riçard Trautman, bu uğurun onunla birlikdə bütün komandanın zəhmətinin nəticəsi olduğunu bildirib.
Mükafatlandırma mərasimində çıxış edən məşqçi komandasına xüsusi təşəkkür edib:
“Möhtəşəm komandamıza dərin təşəkkürümü bildirirəm! Belə əzmkar atletlər, peşəkar məşqçilər və inanılmaz bir komanda ilə çalışmaq mənim üçün böyük şərəf idi. Mən tək yox, biz hamımız birlikdə tarix yazdıq. Hər birinizə minnətdaram!”
Riçard Trautmanın rəhbərliyi altında komanda beynəlxalq yarışlarda böyük uğurlar qazanıb və bu mükafat onun məşqçilik bacarıqlarının yüksək səviyyədə qiymətləndirildiyini göstərir.
Ən son xəbərləri səhifəmizdən də izləyin