logo
Dünyadakı epizootik vəziyyətlə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub

Dünyadakı epizootik vəziyyətlə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub

Dünyadakı epizootik vəziyyətlə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub Dünyadakı epizootik vəziyyətlə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Macarıstanın Zala bölgəsində xırdabuynuzlu heyvanların taun, Polşa Respublikasının Varminsko-Mazursk inzibati ərazisində blutanq, Liviya Dövlətinin Zəviyə dairəsində dabaq, Nigeriya Federativ Respublikasının Plato ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Zala bölgəsindən, Varminsko-Mazursk inzibati ərazisindən, Zəviyə dairəsindən iri və xırdabuynuzlu heyvanların, habelə onlara aid məhsulların, Plato ştatından isə quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media