logo
Həkim təyinatı olmadan qəbul etdiyi dərmandan zəhərlənərək komaya düşən vətəndaş KTM-də həyata qaytarıldı

Həkim təyinatı olmadan qəbul etdiyi dərmandan zəhərlənərək komaya düşən vətəndaş KTM-də həyata qaytarıldı

Həkim təyinatı olmadan qəbul etdiyi dərmandan zəhərlənərək komaya düşən vətəndaş KTM-də həyata qaytarıldı Həkim təyinatı olmadan qəbul etdiyi dərmandan zəhərlənərək komaya düşən vətəndaş KTM-də həyata qaytarıldı

31.12.2024-cü il tarixində 23 yaşlı vətəndaş (qadın cinsli) Masallı rayonundan dərmandan zəhərlənmə səbəbi ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Xəstəyə qaraciyər hüceyrə çatışmazlığı və meninqoensefalit diaqnozları qoyulub, dərhal Reanimasiya şöbəsində zəruri intensiv müalicə tədbirləri başladılıb.

Məlum olub ki, pasiyent yüksək temperaturu olduğu üçün həkim nəzarəti olmadan, gün ərzində həddindən artıq qəbul etdiyi temperatur salmaq üçün nəzərdə tutulmuş dərmanlardan zəhərlənib. 1 həftə komada, 5 gün huşu soporoz vəziyyətdə qalan xəstə Toksikologiya şöbəsinin həkimlərinin apardığı intensiv müalicələr nəticəsində həyata qaytarılıb. Daha sonra xəstənin vəziyyəti stabilləşib, səhhətində müsbət dinamika müşahidə edilib.

1 aya yaxın davam edən stasionar müalicə prosedurlarından sonra vəziyyəti qənaətbəxş olduğu üçün hepatoloqun nəzarəti altında ambulator müalicə üçün evə buraxılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin