logo
Kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları keçirilib

Kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları keçirilib

Kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları keçirilib Kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları keçirilib

Bu gün Yüksək Liqada VII turun iki oyunu baş tutub. FHN-nin idman zalında “Xilasedici” klubu “Neftçi”lə qarşılaşıb. Oyun “Xilasedici” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun daha bir oyunu isə Sumqayıt OİK-də “Gənclər” və MOİK komandaları arasında olub. Görüşün qalibi taybrekdə müəyyən olunub. Gərgin keçən matçda MOİK 3:2 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, VII turun son qarşılaşması sabah “AZERRAIL” və “Murov Az Terminal” komandları arasında olacaq.

Oyunların nəticələri
Yüksək Liqa
22 yanvar
VII tur

“Xilasedici” - “Neftçi” 3:0 (25:16, 25:23, 25:12)
“Gənclər” - MOİK 2:3 (25:22, 19:25, 25:20, 20:25, 9:15)

23 yanvar
VII tur

16:00. “AZERRAIL” - “Murov Az Terminal”
Ünvan: GİN-nin Voleybol Mərkəzi
AVF-nin rəsmi Youtube kanalı (canlı)

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin