logo
Qadın voleybolçular arasında Yüksək Liqada VII turun oyunları keçirilib

Qadın voleybolçular arasında Yüksək Liqada VII turun oyunları keçirilib

Qadın voleybolçular arasında Yüksək Liqada VII turun oyunları keçirilib Qadın voleybolçular arasında Yüksək Liqada VII turun oyunları keçirilib

Bu gün GİN-nin Voleybol Mərkəzində ilk olaraq “Murov Az Terminal” və “AZERRAIL” komandaları qarşılaşıblar. 5 set davam edən matçda “Murov Az Terminal” 3:2 hesabı ilə qalib gəlib.

Eyni məkanda baş tutan ikinci oyunda “Milli Aviasiya Akademiyası” klubu “Gəncə”ni 3:0 hesabı ilə məğlub edib.

UNEC VK-nın idman zalında təşkil olunan görüşdə isə “Abşeron” klubu UNEC üzərində 3:0 hesabı ilə qələbə qazanıb.

Oyunların nəticəsi
Yüksək Liqa
21 yanvar
VII tur

“Murov Az Terminal” - “AZERRAIL” 3:2 (25:22, 24:26, 25:27, 25:17, 15:13)

UNEC - “Abşeron” 0:3 (8:25, 16:25, 9:25)

“Milli Aviasiya Akademiyası” - “Gəncə” 3:0 (25:11, 26:24, 25:19)

Qeyd edək ki, növbəti turun oyunları yanvarın 28-də keçiriləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin