logo
Basketbol üzrə Azərbaycan Kubokunun (2025) püşkatma mərasimi baş tutub

Basketbol üzrə Azərbaycan Kubokunun (2025) püşkatma mərasimi baş tutub

Basketbol üzrə Azərbaycan Kubokunun (2025) püşkatma mərasimi baş tutub Basketbol üzrə Azərbaycan Kubokunun (2025) püşkatma mərasimi baş tutub

21 yanvar Bakı İdman Sarayının konfrans zalında basketbol üzrə Azərbaycan Kubokunun (2025) püşkatma mərasimi baş tutub.

Püşkün nəticələrinə əsasən 1/8 final mərhələsində "Abşeron"-"Quba", "Gəncə"-"Ordu", "Lənkəran"-NTD, "Sumqayıt"-"Neftçi" oyunları keçiriləcəkdir. 28-29 yanvarda oynanılacaq 1/8 final cütlərində püşkə əsasən adları birinci qeyd olunmuş klublar ev sahibi olacaqlar. 1/4 finalda isə "Abşeron"-"Quba" cütünün qalibi "Naxçıvan" ilə, "Gəncə"-"Ordu" cütünün qalibi "Sərhədçi" ilə, "Lənkəran"-NTD cütünün qalibi "Şəki" ilə, "Sumqayıt"-"Neftçi" cütünün qalibi isə "Sabah" ilə qarşılaşacaqdır. Kubokun reqlamentinə meydanda 2 yerli basketbolçunun olması və bütün görüşlərin nəticələrinin bir oyuna görə təyin olunması daxil edilmişdir.

Qeyd edək ki, 1/8 finaldan fərqli olaraq, 1/4 final, yarımfinal və final oyunları Bakıda baş tutacaqdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin