https://innews.media/uploads/news/2025-01/_innews_5e29e77115186fea5eead8703_o.jpg
15.01.2025-ci il saat 22:13-də Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində qeysəriyyə əməliyyatı ilə çəkisi 2300 qram, boyu 45 sm olan körpə (qadın cinsli) dünyaya gəlib.
Körpənin anası serebral iflicin diplegiya formasından əziyyət çəkən və 1-ci qrup əlil olan bir qadındır.
Doğuşun 36-cı həftəsində həyata keçirilən əməliyyat KTM-in cərrah mama-ginekoloqu Şirinnaz Seyidsoyun peşəkarlığı sayəsində uğurla başa çatıb.
Zəruri müayinələrdən sonra ana və körpə yaxşı vəziyyətdə evə buraxılıb.