logo
Ağır vəziyyətdə KTM-in Terapevtik Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin həyatı xilas edilib

Ağır vəziyyətdə KTM-in Terapevtik Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin həyatı xilas edilib

Ağır vəziyyətdə KTM-in Terapevtik Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin həyatı xilas edilib Ağır vəziyyətdə KTM-in Terapevtik Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin həyatı xilas edilib

23 yaşlı vətəndaş (qadın cinsli) ümumi halsızlıq, ətraflarda keyimə hissi, hərəkət məhdudluğu şikayətləri ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib. Zəruri müayinələrdən sonra xəstə ağır gedişli miasteniya qravis diaqnozu ilə Terapevtik Reanimasiya şöbəsinə yerləşdirilib.

Pasiyentin 2018-ci ildən miasteniya qravisdən müalicə aldığı və eyni zamanda hipotireoz xəstəliyi olduğu məlum olub. Tənəffüs çatışmazlığı və tənəffüs asidozu olduğu üçün xəstə intubasiya olunub və süni ventilyasiya aparatına qoşulub. Uzun müddətli süni ventilyasiya aparatına ehtiyacı olduğu üçün torakal cərrah tərəfindən traxeostomiya əməliyyatı icra edilib.

Xəstəyə 5 gün ardıcıl olaraq plazmafarez seansları tətbiq olunub, nevroloq konsultasiyası əsasında IVg (immunoqlobulin G) təyin edilərək köçürülüb. Müalicə həkimləri Təranə Məhərrəmova və Zümrüd Osmanovanın göstərdikləri uzunmüddətli müalicələr, zəruri intensiv reanimatik xidmətlərdən sonra xəstənin vəziyyəti stabilləşib. Hazırda traxeostomiya borusu vasitəsilə sərbəst tənəffüs edir.

Qeyd edək ki, pasiyentin müalicələrində yüksək məbləğli dərman preparatlarından istifadə edilib ki, bütün prosedurlar icbari tibbi sığorta çərçivəsində qarşılanıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin