“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və ADY kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzülüb, şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Ən son xəbərləri səhifəmizdən də izləyin