logo
Parisdə rəsm sərgisində soydaşlarımızın əsərləri nümayiş olunub

Parisdə rəsm sərgisində soydaşlarımızın əsərləri nümayiş olunub

Parisdə rəsm sərgisində soydaşlarımızın əsərləri nümayiş olunub Parisdə rəsm sərgisində soydaşlarımızın əsərləri nümayiş olunub

Fransanın paytaxtı Parisdə “Galerie Francis Barlier” rəsm sərgisi keçirilib.

Sərgidə fransız rəssamları ilə yanaşı, Azərbaycanın incəsənət xadimləri Əsmər Nərimanbəyova, Sahib Əsədli, Leyla Əliyevanın, eləcə də Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Rövşən (Nur) Quliyevin sənət əsərləri nümayiş olunub.  

Sərgi iki xalq arasında mədəni əməkdaşlığı gücləndirmək və azərbaycanlı rəssamların yaradıcılığını beynəlxalq səviyyədə tanıtmaq üçün mühüm platforma olub. Azərbaycan və Fransa arasında mədəni əlaqələrin inkişafı çərçivəsində Parisdə təşkil olunan bu birgə sərgi mədəniyyətlərarası dialoqun inkişafı baxımından mühüm xarakter daşıyır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media