logo
ABADA illik hesabatını təqdim etdi

ABADA illik hesabatını təqdim etdi

ABADA illik hesabatını təqdim etdi ABADA illik hesabatını təqdim etdi

2024-cü il ərzində görülən işlər haqqında qisa məlumat. 

Birləşmiş Millətlər Təşkilatının ( BMT ) İqtisadi Şurasının elektron əmtəə nəqliyyat qaiməsi ( e- SMR ) tətbiqi ilə bağlı, tədbirlərdə iştirak edib.

Rusiya Federasiyaının Sankt- Peterburq şəhərində keçirilmiş Beynəlxalq İqtisadi Forumçərçivəsində “ Şimal – Cənub ” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı, “Dəyirmi masada” iştirak edilmiş və məruzə ilə çıxış edilmişdir.

ABADA üzvlərinin ümümi yığıncaqlarının iclası keçirilmişdir.
Hər ay mütəmadi olaraq, ABADA – nın İdarə Heyətinin iclasları keçirilmişdir.

Rusiya Federasiyasının Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası ilə əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

Türkiyə Respublikası və İran İslam Respublikası nəqliyyat qurumları ilə keçirilən görüşlərdə iştirak edilmişdir.

1305- daşıyıcıya, 178 - operatorun məsul şəxsinə 133 ədəd Beynəlxalq daşımalar (BYD sertifikatı) haqqında təlim- tədris keçirilərək Şəhadətnamələr verilmişdir.

330 – daşıyıcıya təhlükləli yüklərin daşınması barədə təlim kursları keçirilərək, Şəhadətnamələr verilmişdir.

Beynəlxalq daşımaların inkişafı ilə əlaqədar, Nazirliyə təkliflər verilmişdir.

Təhlükələri yüklərin beynəlxalq daşımaları haqqında Konvesiyaya uyğun olaraq, normativ sənədlərin hazırlanması üçün Nazirliyə təkliflər verilmişdir.

2024-cü ildə daşıyıcılara 1624 ədəd “ TİR Karnet “ kitabçası verilmişdir.

Avtodaşıyıcılarımızın xarici ölkələrdə rastlaşdıqları problemlər barədə və onların həlli məqsədilə Nazirliyə təkliflər verilmişdir.

“Beynəlxalq Yük Daşınması “ ( BYD ) kitabçasının istifadəsinin genişləndirilməsi üçün tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə görüşlər keçirilmişdir.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının ( QDİƏT ) üzvü ölkələrin Assosiasiyalarının Konfederasiyasının ( BSEC – URTA ) iclasında iştirak edilmişdir.

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının ( İRU ) Baş Assambleyasının iclasında iştirak edilmişdi.

“Xəzər Beynəlxalq Nəqliyyat , Tranzit və Logistika ” Formunda iştirak edilmişdir.

CLDP, USAD, İRU və GiZ bəynəlxalq təşkilatların təşəbbüsü ilə keçirilmiş Trans- Xəzər və Logistika bəynəlxalq iclasında iştirak edilmişdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media