logo
ADY: Hava şəraitinə görə sərnişin qatarlarının sürət həddi endirilib

ADY: Hava şəraitinə görə sərnişin qatarlarının sürət həddi endirilib

ADY: Hava şəraitinə görə sərnişin qatarlarının sürət həddi endirilib ADY: Hava şəraitinə görə sərnişin qatarlarının sürət həddi endirilib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) paytaxt Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib.

innews.media bu barədə ADY-ə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar qatarların qrafikində qismən kənara çıxma halları müşahidə olunacaq. Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmalarını xahiş edirik.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media