Bu gün kişi voleybolçular arasında Yüksək Liqada II turun oyunu keçirilib. Turun son qarşılaşması “Murov Az Terminal” və “Neftçi” komandaları arasında olub. GİN-nin Voleybol Mərkəzində baş tutan qarşılaşma “Murov Az Terminal”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun nəticəsi
Yüksək Liqa (kişilər)
II tur
11 dekabr
“Murov Az Terminal” - “Neftçi” 3:0 (25:19, 25:17, 25:22)
II turdan sonra nəticələr
“Xilasedici” - 2 oyun, 2 qələbə, 0 məğlubiyyət, 6 xal;
“Murov Az Terminal” - 2 oyun, 2 qələbə, 0 məğlubiyyət, 6 xal;
“AZERRAIL” - 2 oyun, 1 qələbə, 1 məğlubiyyət, 4 xal;
“Neftçi” - 2 oyun, 1 qələbə, 1 məğlubiyyət, 2 xal;
MOİK- 2 oyun, 0 qələbə, 2 məğlubiyyət, 0 xal;
“Gənclər” - 2 oyun, 0 qələbə, 2 məğlubiyyət, 0 xal;
Qeyd edək ki, kişi voleybolçuların Yüksək Liqasında növəti turun (III tur) oyunları 17-18 dekabr tarixlərində keçiriləcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin